"Pirelli” şirkəti "Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün pilotların təkər seçimini açıqlayıb.
Komandalar Bakıda "hard”, "medium” və "soft” adlanan C2, C3 və C4 tərkibli şinlərdən istifadə edəcəklər.
Qaydalara əsasən, yarış zamanı hər pilota 13 dəst təkər ayrılır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.