Çinin Xinhua agentliyi Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi haqqında məqalə yayıb. Məqalədə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bolidlər və yarış üçün zəruri olan digər avadanlıqların artıq Şanxay və Bəhreyndən Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirildiyi bildirilir.
Yazıda nüfuzlu yarışın növbəti mərhələsinin aprelin 26-28-də Azərbaycanda keçiriləcəyi diqqətə çatdırılır.