Berni Ekklstoun: “Belə şey mümkün deyildi”

Berni Ekklstoun: “Belə şey mümkün deyildi”


Formula 1-in keçmiş kommersiya direktoru Berni Ekklstoun Corc Rasselin törətdiyi qəza barəsində fikirlərini bildirib. "Çox təəssüf edirəm ki, bu hadisə Rasselin başına gəlib. Belə şey mümkün deyildi. Əgər bilsəydim belə bir hadisə baş verəcək, çoxdan ölçü götürərdim. Bakı treki təhlükəsiz treklər sırasındadır. Pilotlar heç vaxt bu trekdə darıxmayıblar. Şəhərdaxili yarışlarda belə halların baş verməsi qaçılmazdır”, - deyə Ekklstoun bildirib.