Formula 1 üzrə əfsanəvi dünya çempionu Mixayıl Şumaxerin oğlu Mik Şumaxer Bakıda uğursuzluqla üzləşdi. O, Formula 2 üzrə ikinci təsnifat mərhələsində starta uğurla başlasa da sonradan boliddə yaranmış problem onu mübarizəni erkən dayandırmağa məcbur edib. Mühərlikdə yaranmış nasazlıq üzündən təsnifat mərhələsini yarımçıq dayandıran Mik Şumaxer "Prema Rasinq” komandasının etimadını doğrultmayıb.