SOCAR Azərbaycan Qran-Prisi barədə maraqlı statistik məlumatlar

SOCAR Azərbaycan Qran-Prisi barədə maraqlı statistik məlumatlar


"Formula1.com” saytında Bakıda keçirilən SOCAR Azərbaycan Qran-Prisi ilə bağlı maraqlı statistik məlumatlar yerləşdirilib.
"Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas builki mövsümdə ikinci qələbəsini Bakı şəhər halqasında qazanıb.
Ümumiyyətlə, "Mercedes” komandasının sürücüləri mövsümün başlanğıcından ardıcıl dörd dəfə dubl edərək "Williams” komandasının bu göstərici üzrə 1992-ci ildəki üç yarışlıq rekordunu yeniləyiblər.
Formula 1 üzrə keçirilmiş son 16 yarışın hamısında ilk pilləyə "Mercedes” komandasının pilotları çıxıblar. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzunmüddətli qələbə seriyasıdır.
"Ferrari” komandasının pilotu Sebastian Fettel indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarını ilk 4-lükdə başa vurub. O, bu yarışların heç birində ilk ikilikdə yer ala bilməyib.
"Racing Point”in sürücüsü Serxio Perez Bakıda keçirilmiş dörd Qran-Pridən üçündə ilk altılığa düşüb. "McLaren”in pilotu Karlos Saynz son üç Azərbaycan Qran-Prisində yarışı ilk səkkizlikdə başa vurub. Ötənilki Azərbaycan Qran-Prisindən sonra keçirilmiş yarışlarda "McLaren” komandasının hər iki pilotu ilk dəfə bu yarışda sonadək mübarizə apararaq xal qazana biliblər.
Builki Azərbaycan Qran-Prisi "Racing Point”in pilotu Lens Strollun cari mövsümdə sıralama turunun birinci mərhələsindən keçə bilmədən yarışı ilk onluqda bitirərək xal qazandığı ikinci yarışdır. "Williams” komandasının pilotlarından hər ikisi cari mövsümdəki yarışlarda axıradək mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu ikinci pillədə qərarlaşıblar. Bu da rekord göstəricidir.
"Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutmuş bütün Formula 1 yarışlarında ən güclü üç komandanın təmsilçilərindən başqa xal qazanan yeganə pilotdur. "Haas”
komandasının pilotu Roman Qrojan indiyədək Bakıda keçirilmiş bütün Formula 1 yarışlarını uğurla başa vursa da, xal toplaya bilməyib. "Toro Rosso” komandasının pilotu Daniil Kvyat bugünədək Bakıda baş tutmuş dörd Qran-Prinin heç birini sonadək tamamlaya bilməyib.