"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2"nin Monakoda keçirilən 5-ci mərhələsində qəza törədib.
Yarışın ilk bölümündə "5-lik"də yer alan 20 yaşlı sürücü pit-stopa ilk girənlərdən olub.
Şumaxer bu zaman tıxacın yanından keçmək istəyib. Epizodların birində o, maşınını Tatyana Kalderonun avtomobilinə vurub və onun yolunu bağlayıb.
Bu hadisəyə qırmızı bayraqa səbəb olub. Mik Şumaxer yarışı 14-cü pillədə bitirə bilib.
Monako Qran-prisində "Formula-2" yarışının ilk qalibi ART komandasından Nik de Vris olub.