İyunun 1-dən 9-dək Ficinin paytaxtı Suvada gənclər arasında ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək.
51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) qatılacağı çempionatda ölkəmizi iki idmançı təmsil edəcək. Qızların yarışında 55 kiloqram çəki dərəcəsində Səbinə Əzimova, oğlanların mübarizəsində isə 102 kiloqram çəki dərəcəsində Əliş Nəzərov güclərini sınayacaqlar.