Qrid-görlz ənənəsi yenidən Formula 1-ə qaytarıla bilər

Qrid-görlz ənənəsi yenidən Formula 1-ə qaytarıla bilər


Hollandiya Qran-prisinin təşkilatçıları "Liberty Media" qrid-görlz ənənəsini trasa qaytarmaq istəyir.
Bu barədə Niderland Parlamentinin Azadlıq Partiyasından olan üzvü Roy van Alst açıqlama verib.
O bildirib ki, Beynəlxalq Avtomobil Federasiyasının qərarı feminizmə himayədarlığın daha bir formasıdır: "Qrid-görlz "Formula 1"in maşınların özü kimi nəhəng hissəsidir. Yalnız axmaq adam gözəl qadını problem saya bilər. Bu qızlar qalanlarının xoşuna gəlir. Azadlıq Partiyası gələn il bu ənənənin bərpa olunacağına ümid edir. Çünki bu, idmanın bir hissəsidir".
Qeyd edək ki, Hollandiya Qran-prisi 35 illik fasilədən sonra dünya çempionatının təqviminə qayıdıb.