Hamilton mövsümün 8-ci Qran-prisinin qalibi oldu

Hamilton mövsümün 8-ci Qran-prisinin qalibi oldu

Fransanın Marsel şəhərindəki Le Kastelledə "Formula 1" üzrə mövsümün 8-ci Qran-prisi keçirilib.
Qalib adını "Mercedes”in pilotu Luis Hamilton qazanıb.
İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas, üçüncü yeri isə "Ferrari"dən Şarl Lekler əldə edib. "Ferrari"nin daha bir iddialı pilotu Sebastyan Fettel isə bu dəfə 7-ci yerlə kifayətlənib.