Minsk-2019: Roman Heydərovdan bürünc medal

Minsk-2019: Roman Heydərovdan bürünc medal


İyunun 29-da - "Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu, karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medala sahib olub.
Kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorquneri məğlub edib – 25:46-24:54.
Xatırladaq ki, B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksələn karateçimiz bu mərhələdə 25,40 xal yığaraq bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.
Beləliklə, karateçilərimiz "Minsk 2019”da mübarizəyə qoşulduqları birinci gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl və gümüş medalları kumite yarışlarında müvafiq olaraq Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) qazanıblar.