Yeniyetmə üzgüçülər Gəncədə yarışıblar

Yeniyetmə üzgüçülər Gəncədə yarışıblar


"Gəncə Avropanın İdman Şəhəri 2019” layihəsi çərçivəsində iyulun 30-da Gəncə Olimpiya İdman Kompleksində 2006-2008-ci il təvəllüdlü üzgüçülər arasında şəhər birinciliyi keçirilib.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən qurumun rəisi Müşfiq Cəfərov iştirakçılara uğurlar arzulayıb. O, bu turnirin üzgüçülük idmanının təbliği baxımından əhəmiyyətini vurğulayıb.
Əlliyədək yeniyetmənin qatıldığı birinciliyin qalibləri Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları ilə təltif olunublar.