2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotoları yayılıb

2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotoları yayılıb


Formula 1-in mətbuat xidməti 2021-ci ilin aerodinamik borulu avtomobilinin ilk fotolarını yayıb.
Yeni bolidin "Zauber” aerodinamik borusunda ilk sınaqları cari ilin iyul ayında, Almaniya Qran-Prisindən əvvəl təşkil olunub. Testləşdirmələr tam məxfi şəraitdə keçirilib.
Hələ yanvar ayında keçirilən ilk sınaqlarda bolidin 60 faizi 2018-ci ilin maşınının hissələrindən ibarət idi. İkinci testlər mart ayında yerinə yetirilib.
2021-ci ilin bolidinin işlənib hazırlanmasında ötmə əməliyyatı üçün şəraitin yaradılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ideya müəllifləri bolidlərin bir-birinin ardınca getməsinə şərait yaratmaqdan ötrü avtomobildən sonra qalan "çirkli” aerodinamik axının aşağı salınmasına çalışırlar.