Güllə atıcılığı üzrə Paralimpiya milli komandamız dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplanışı keçirir. Hazırlıq prosesi sentyabrın 3-dək davam edəcək.
Təlim-məşq toplanışı oktyabrda Avstraliyanın Sidney şəhərində təşkil olunacaq dünya çempionatına hazırlıq məqsədi daşıyır. Çempionat Tokio-2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verəcək.