Oktyabrın 5-də Şağan Olimpiya İdman Kompleksində kontakt ciu-citsu və Braziliya ciu-citsusunun gi və nogi versiyaları üzrə açıq Bakı kuboku turnirinə start verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə bütün yaş qrupları üzrə keçirilən turnirdə 100-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarışa oktyabrın 6-da yekun vurulacaq.