“Gəl Moskvada rəqs edək”

“Gəl Moskvada rəqs edək”

İrlandiyalı döyüşçü Konor Makqreqor Tvitter hesabında rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova ünvanlanmış tvit yazıb. H.Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya "Gəl Moskvada rəqs edək” şərhini yazıb.
Qeyd edək ki, döyüşçülərin ən son görüşü 1 il əvvəl olub. Həmin görüşdə H.Nurməhəmmədov K.Makqreqora qalib gəlib.