"Los Anceles Qelaksi" klubunun futbolçusu Zlatan İbrahimoviçə ölkəsi İsveçdə heykəl qoyulub. Bu barədə 38 yaşlı hücumçu şəxsi instaqram səhifəsindən məlumat verib. O, buna görə qürur duyduğunu bildirib: "Harda oluramsa olum, İsveçi təmsil edirəm. Bura mənim evim kimdidir. Nə edirəmsə, İsveç, Malmö üçün edirəm. Nyu-Yorka getsəniz, Azadlıq heykəli, İsveçə getsəniz, Zlatanın heykəli".
Qeyd edək ki, Malmö şəhərində keçirilən Zlatanın heykəlinin açılış mərasimində İsveç Futbol Federasiyasının nümayəndələri və 10 minə yaxın azarkeş də iştirak edib