"Yarışın startını səbrsizliklə gözləyirəm"

"Yarışın startını səbrsizliklə gözləyirəm"

"Rasinq Bulls" komandasının digər pilotu
Liam Lauson həftəsonu keçiriləcək Azərbaycan Qran-prisi barədə fikirlərini bildirib. 
"Bakı kifayət qədər 90 dərəcə dönmələrə malik unikal trekdir. Burada demək olar ki, bütün dövrə boyu maneələrlə əhatə olunmusan. Bu mənim Formula 1-də  ilk sınağım olacaq. Formula 2-də çıxış etdiyim vaxt bu şəhərdən çox həzz almışam. Yarışın startını səbrsizliklə gözləyirəm", - deyə yeni zelandiyalı pilot qeyd edib.