Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib

Kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib


Hövsan Olimpiya İdman Kompleksində kunq-fu üzrə açıq Bakı kuboku turniri keçirilib.
Turnirdə paytaxt və bölgələrdən 300 idmançı iştirak edib.
İdmançılardan 280-ni həvəskar, 20-si isə peşəkar döyüşçü olub.
Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kunq-Fu Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.