Karate üzrə Azərbaycan milli komandasının üzvü Roman Heydərov Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında mübarizəyə başlayıb.
R.Heydərov kata yarışlarında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlib. Bu yarışların mükafatçıları oktyabrın 13-də müəyyənləşəcək.
Qeyd edək ki, karate bu mötəbər yarışın proqramına ilk dəfə daxil edilib. İdmançılar Oyunlarda təkcə kata yarışlarında mübarizə aparırlar. Yarışda 5 qitədən 33 ölkəni təmsil edən 64 karateçi iştirak edir.