Karateçilər Hövsanda full və layt döyüşəcəklər

Karateçilər Hövsanda full və layt döyüşəcəklər

Oktyabrın 26-da full kontakt karate və layt kontakt karate üzrə Bakı birinciliyi və çempionatı keçiriləcək. Hövsan Olimpiya İdman Kompleksində təşkil ediləcək yarışda uşaq, yeniyetmə, gənclər və böyüklər iştirak edəcəklər. Turnirdə ilk üç yeri tutan idmançılar bu ilin dekabrında keçiriləcək dünya kubokuna vəsiqə əldə edəcəklər.