Media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq

Media nümayəndələri üçün ixtisaslaşmış kurs təşkil olunacaq


"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Bakıda baş tutmuş Formula 1 Azərbaycan Qran-Prisi yarışlarının akkreditasiyalı media nümayəndələri üçün idman üzrə ingilis dili kursları təşkil edəcək.

Kursun keçirilməsində əsas məqsəd azərbaycanlı media işçilərinin ingilis dili bacarıqlarına yiyələnmələri ilə yanaşı, mövcud bacarıqların daha da inkişafını təmin etməkdir.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ingilis dili kursunun Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün yeni imkanlara yol açacağını bildirib: "Bu təlim daim inkişaf edən idman aləmi, xüsusən də Formula 1 haqqında yeniliklər əldə etmək, bu yeniliklər əsasında xəbər hazırlamaq, həmçinin ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının fəal iştirakçısına çevrilmək baxımından yerli media işçilərimiz üçün yeni imkanlar yaradacaq”.

İngilis dili kursuna müraciət prosesinə noyabrın 1-də start veriləcək və ayın 15-dək davam edəcək. Kursa yalnız indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarından hər hansı birində akkreditasiyalı şəkildə iştirak etmiş müxbir və fotoqraflar qatıla bilərlər. Yerlər məhduddur.

Dil kursları bu il noyabrın sonunda başlayacaq və 2020-ci il martın sonunadək davam edəcək. Qəbul qaydaları və kurs haqqında daha ətraflı məlumat yaxın günlərdə əməliyyat şirkəti tərəfindən açıqlanacaq.