Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağırlıqqaldırma üzrə nüfuzlu beynəlxalq "Alexander Cup” turniri keçirilir. Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Atletimiz Nailxan Nəbiyev yarışda 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.