Noyabrın 16-17-də Gəncə Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında uşunun sanda növü üzrə respublika turniri keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçiriləcək yarışda 200-ə yaxın idmançı mübarizə aparacaq.
Qeyd edək ki, turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları iştirak edəcəklər.