"Mercedes” komandasının pilotu Valtteri Bottas güc qurğusunu dəyişdiyinə görə Əbu-Dabi Qran-Prisində cərimələnə bilər.
FInlandiyalı yürüşçü Braziliya Qran-Prisində motorda yaranan problemə görə trasdan çıxmağa məcbur olub. İndi komandada Valtterinin maşınına əvvəlki mühərriklərdən birini qoymaq və ya cərimə almaq barədə düşünürlər. Bottas deyib: "Əvvəlki güc qurğularında nəyinsə qalmasına şübhə edirəm, lakin biz baxacağıq”.
Komandanın təmsilçisi pilotun cərimələnə biləcəyi ehtimalını təsdiq etməyib. "Mercedes” komandasında olan mənbə əlavə edib: "Motordan istifadənin daha bir Qran-Priyə davam gətirəcəyi məcburi deyil, lakin bütün hallarda bu, yaxşı hal sayılmayacaq”.
Qeyd edək ki, Valtteri Bottasın Əbu-Dabi Qran-Prisində toplayacağı xalların miqdarından asılı olmayaraq, pilot mövsümü ümumi hesabda ikinci yerdə başa vuracaq.