Noyabrın 22-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı start götürüb. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar. Kişi və qadınlar, eləcə də parakarateçilər noyabrın 22-də, uşaqlar və yeniyetmələr ertəsi günü, gənclər isə noyabrın 24-də mübarizəyə qoşulacaqlar.
Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.