Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsinin (SOCOG) məlumatına görə, XXII Qış Olimpiya Oyunlarının smeta dəyəri 1,526 trilyon rubl təşkil edir. Bu isə ilkin smetadan 5 dəfə çoxdur. İndiyə qədər bu məbləğin 74,5 faizi (1,136 trilyon rubl) xərclənib. Əlaqədar qurumlar smetanın bahalaşmasının səbəbini izah etməkdən boyun qaçırıblar. Rusiyanın idman naziri Vitali Mutko 1,526 trilyon rublun son məbləğ olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Vankuver-2010 Qış Olimpiya Oyunları Kanada hökumətinə cəmi 2,4 milyrd dollara başa gəlmişdi.