"Bloody Elbow” portalı Rusiyanın qarışıq döyüş ustası (MMA) Həbib Nurməhəmmədovun bir sıra karikaturalarını yayıb. Karikaturanın ideyası H.Nurməhəmmədovun bir müddət əvvəl çıxışlarının birində motivasiyasının olmaması ilə bağlı etirafı olub. Rəsmdə 31 yaşlı rusiyalı döyüşçü əvvəlki rəqibləri irlandiyalı Konor Makqreqor və amerikalı Dastin Porye ilə təsvir olunub. Üçüncü karikaturada isə Toni Ferqüson yer alıb. Hər bir təsvirdə döyüşçünün motivasiyası on ballıq şkala ilə qiymətləndirilib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov və amerikalı Toni Ferqüson arasında döyüş gələn il aprelin 18-də təşkil olunacaq.