Avropa çempionatında bürünc medal

Avropa çempionatında bürünc medal
 
Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Rüstəm Qasımov birdənqaldırma hərəkətində 116 kiloqram nəticə ilə altıncı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 144 kiloqramı ram edərək, bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib olub.
Atletimiz ümumilikdə 260 kiloqram (116+144) nəticə ilə yekun sıralamada beşinci pillədə qərarlaşıb.