Paytaxtımızda keçirilən V dünya kuboku turnirinin qalibləri müəyyənləşib

Paytaxtımızda keçirilən V dünya kuboku turnirinin qalibləri müəyyənləşib
 
Bakı İdman Sarayında budo döyüş növləri üzrə V dünya kuboku turnirinin qalibləri müəyyənləşib. Gənclər və İdman Nazirliyi, Dünya Budo Döyüş Növləri Federasiyası və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) birgə təşəbbüsü ilə keçirilən turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanıstan, İran, Gürcüstan, Özbəkistan, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 900-ə yaxın idmançı çıxış edib.
Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib.
Yarışda Azərbaycan komandası ən çox medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İran komandası ikinci, Türkiyə isə üçüncü olub. Kata yarışlarında isə Kipr idmançıları bütün rəqiblərini qabaqlayaraq birinci pillədə qərarlaşıblar. Azərbaycan idmançıları gümüş, İran təmsilçiləri isə bürünc medalla kifayətləniblər. Nümunəvi çıxışlarda isə İran milli komandası qızıl medal qazanıb. Azərbaycan milli komandası gümüş, Ukrayna isə bürünc medala layiq görülüb.