Bu gün Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə 6-cı beynəlxalq Qətər kuboku turniri start götürəcək. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda Asif Məmmədovun rəhbərliyi ilə yığma komandamızın üç üzvü iştirak edəcək.
Turnirdə qadınların yarışında Boyanka Kostova (59 kq), kişilərin mübarizəsində isə Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) güclərini sınayacaqlar.
Turnirə dekabrın 24-də yekun vuulacaq.