Uşu Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Uşu Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında
 
 
Beynəlxalq Olimpiya Komitəsinin icraiyyə komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qəbul edilən qərarlardan biri də uşu idman növünün 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının proqramına salınması olub.
İclasda Oyunların keçiriləcəyi vaxt dəyişdirilib. Yarışların payız aylarında təşkili barədə təklif nəzərdən keçirilib və Oyunların oktyabrın 22-dən noyabrın 9-dək keçirilməsi qərara alınıb.
Xatırladaq ki, 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.