Gürcüstanda 4 medal qazanıldı

Gürcüstanda 4 medal qazanıldı

Gürcüstanın Rustavi şəhərində idmanın Braziliya ciu-citsu növü üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədri, qara kəmər sahibi Taleh Həsənov və “Qarabağ” idman klubunun rəhbəri, qara kəmər sahibi Anar Səfərov turnirdən bir gün əvvəl seminar keçiriblər. Seminarda bir çox ölkədən gələn idmançılar idmanın bu növünün sirləri ilə yaxından tanış olmaq şansı əldə ediblər. Bundan başqa, seminarda yarışda tətbiq olunacaq qaydalar da idmançılara ətraflı izah olunub.
Yarışda Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin yetirmələri Samir İsaqov (80 kq), Rəşid Davudov (84 kq), Baxşəli Əliyev (62 kq) və Murad Dibrayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnir üçün xüsusi olaraq hazırlanan kəmərləri əldə ediblər.