Mütləq Döyüş Çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasındakı döyüş koronavirusla əlaqədar yaranan vəziyyətə görə ləğv ediləcək.
Bu qərarı Həbib Nurməhəmmədov “SportBox”a verdiyi məlumatda bildirib.
“Mən Rusiyadayam və məşqlərimi davam etdirirəm. Ölkəmdə karantin vəziyyəti elan edilib. Bu səbəbdən ölkəni tərk edə bilmirəm. Düşünürəm ki, dünyada baş verən hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”.
Qeyd edib ki, H.Nurməhəmmədov və T.Fergüson arasında yüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə bu il aprelin 19-da Nyu-Yorkdakı UFC 249 turniri çərçivəsində keçirilməli idi.
Otuz bir yaşlı H.Nurməhəmmədov qarışıq döyüş növlərində indiyədək keçirdiyi 28 döyüşün hamısında qələbə qazanıb. Otuz altı yaşlı T.Fergüson isə keçirdiyi 28 döyüşün 25-də qələbə qazanıb, 3-də məğlub olub.
"Hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”