İki çəki dərəcəsində mütləq güləş çempionatının keçmiş çempionu (UFC) Konor Makqregor həbsdən sonra həyatın necə dəyişməsi barədə danışıb. "Bütün gücümü toplayıb həyatımı qaydaya salmağa qərara aldım və bunu bacardım. Həyatda heçvaxt yeni səhifə açmaq üçün gec deyil. İnsanın məqsədi varsa o, buna nail olacaq. Yəni onun hazırda hansı səviyyədə olmasıdan asılı olmayaraq",- deyə K.makqreqor şəxsi instaqram səhifəsində bildirib. İrlandiyalı döyüşçü həmçinin səhifəsində Donald Serroneyə qalib gəldiyi şəkli yerləşdirib və zirvəyə yalnız öz üzərində çalışması ilə gəldiyini bildirib.
Qeyd edək ki, idmançı UFC 223 zamanı Həbib Nurməhəmmədovun komandasının avtobusunu sındırmasına görə həbs edilib. Daha sonra isə K.Maqreqor şəklini çəkmək istəyən azarkeşin telefonunu sındırdığı üçün saxlanılmışdı.
"Həyatda heçvaxt yeni səhifə açmaq üçün gec deyil"