Rusiyalı velosipedçi Aleksandra Qonçarova Antidopinq qaydalarının pozulmasına görə dörd il müddətinə diskvalifikasiya edilib. Bu barədə Rusiya Antidopinq Agentliyinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı idmançının diskvalifikasiya müddəti 2019-cu ilin sentyabrın 9-dan güvvədədir. A.Qonçarovanın diskvalifikasiya səbəbi Ümumrusiya Antidopinq qaydalarının 2.1-ci bəndini pozmasıdır ("qadağan edilmiş substansiyanın və ya onun metabolitlərinin mövcudluğu və ya idmançıdan götürülmüş nümunədə markerlərin olması").
Qeyd edək ki, Aleksandra Qonçarova 2019-cu ildə qrup yarışları üzrə Rusiya çempionu olub.
Rusiya çempionu diskvalifikasiya edilib