Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.
Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə geriləyib. Belə ki, hesabında 2464 xal olan R.Pevtsov 20-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.