Qarışıq döyüş (MMA) ustası Aleksandır Yemelyanenko Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun məsləhətinə riayət edib. Belə ki, 38 yaşlı idmançı kameralar qarşısında başını keçəl edib. "Gözəllik salonları bağlı olsa da, səliqəli görünmək lazımdır. Buna görə başımı keçəl etmək qərarına gəldim",- deyə A.Yemelyanenko şəxsi instaqram səhifəsində paylaşdığı videoya şərh yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan prezidenti ölkədə yaşayan kişiləri saçlarını kəsərək daha səliqəli görünməyə çağırıb. Ölkə başçısının bu çağırışı etməsinə səbəb isə sakinlərin birinin gözəllik salonlarının nə vaxt fəaliyyətə başlaması sualı olub.