Klubun Olimpiya 2022 oyunlarındaki rəqibləri məlum olub

Klubun Olimpiya 2022 oyunlarındaki rəqibləri məlum olub

Rusiyanın hokkey komandası 2022-ci ildə Pekin şəhərində keçiriləcək Olimpiya Oyunlarında Çexiya və İsveçrə komandaları ilə bir qrupda çıxış edəcək. Bu barədə​ Beynəlxalq Hokkey Federasiyasının (İİHF) rəsmi saytında məlumat verilib.
B qrupunun dördüncü iştirakçısı isə kvalifikasiyanın nəticələrində sonra məlum olacaq. Yarışların A qrupunda Kanada, ABŞ, Almaniya və Çin, C qrupunda isə finlilər, isveçlilər və kvalifikasiya seçimində iştirak edəcək iki komandanın iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci il Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.