“Los-Anceles Leykers” basketbol komandasının ulduzu Lebron Ceyms, NBA-nın şöhrət zalının üzvü olan Şakil Onilin tökülmüş saçları barədə zarafat edib. Belə ki, məşhur basketbolçu Ş.Onil şəxsi instaqram səhifəsində iki şəklini paylaşaraq “lənətə gəlsin, bu qədər saçı mən necə itirmişəm” deyə şərh yazıb. Əlavə olaraq, o, əvvəlki saçlarını qaytarmaq istədiyini qeyd edib. Lebron Ceyms isə “hər səhv atışdan sonra bir saç teli qopurdu” deyə Şakil Onilin şəklinə şərh yazıb.
"Hər səhv atışdan sonra bir saç teli qopurdu"