Beynəlxalq Triatlon Şurası (ITU) reytinq xarakterli turnirləri ləğv etməkdə davam edir.
Qurum koronavirus pandemiyasına görə, avqustun 17-23-də Kanadanın Edmonton şəhərində keçirilməsi planlaşdırılan dünya seriyasının final mərhələsini ləğv edib.
Turnirdə Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu. Bir müddət əvvəl ITU iyulun ortasında Almaniyanın Hamburq şəhərində keçirilməli olan dünya seriyasının mərhələ yarışını da ləğv etmişdi.