“Bu ağılasığmaz vəziyyət nə vaxta kimi davam edəcək?"

“Bu ağılasığmaz vəziyyət nə vaxta kimi davam edəcək?"

Rusiyanın Milli Hokkey Liqasının “Ottava Senatorz” klubunun üzvü Nikita Zaytsevin keçmiş həyat yoldaşı Marqarita Qotovseva şəxsi instaqram hesabında idmançının onu məhkəməyə verdiyini bildirib. O, ailəli olduğu dövrdə yaşadığı evdən dəyərli əşyaların oğurlanması ilə bağlı açılan cinayət işi üçün dindirilməyə çağırıldığını qeyd edib. “Bu ağılasığmaz vəziyyət nə vaxta kimi davam edəcək? Artıq altı aydır ki, mənə övladlarımla görüşməyə icazə vermirlər. Məni tapdalamaq üçün hər şeyə hazırsınız? Axı nə üçün?”, - deyə vurğulayıb.

İdmançının atası İqor Zaytsev isə hadisə ilə bağlı bunları deyib: “Oğlumun Minskdə keçirilən dünya çempionatında qazandığı orden oğurlanıb. Evə girişi olan hərkəs dindirilir. Uşaqların dayəsi, xadimə, Vasiliy adında şəxs və yəqin ki, Marqarita. Bu işi polisə həvalə etmişik. Mən bildiyim qədəri ilə M.Qotovseva bu işdə şahid kimi dindiriləcək. Buna görə də, onun vəkilləri çıxış etmədən əvvəl yaxşı hazırlaşmalıdırlar”.

Məlumat üçün bildirək ki, noyabr ayında hokkeyçinin iki qız övladı keçmiş həyat yoldaşı tərəfindən əlindən alıb. Təqdim olunan video görüntülərdə M.Qotovsevanın qızları ilə birgə çölə çıxdığın anda üç nəfərdən ibarət bir qruplaşmanın onlara hücum etdiyi əks olunur. Qadın keçmiş həyat yoldaşı ilə bağlı polisə müraciət edib.

 

 

Qeyd edək ki, idmançı və Marqarita Qotovseva 2015 ildə ailə qurub və bu evlilikdən onların iki qızı dünyaya gəlib. 2019-cu ildə isə cütlüyün ayrılması haqqında xəbər yayılıb. Müdafiəçi 2016-cı ildən Milli Hokkey Liqasında çıxış edir. O, Rusiya yığması ilə iki dəfə dünya çempionatının bürünc mükafatçısı olub.