Dünya çempionatının vaxtı dəyişdirildi

Dünya çempionatının vaxtı dəyişdirildi

Badminton üzrə dünya çempionatı təxirə salınıb.

Gələn ilin avqust ayına planlaşdırılan yarış koronavirus pandemiyası üzündən ilin sonuna keçirilib. Yarış noyabrın 29-dan dekabrın 5-dək təşkil olunacaq.

Bu barədə qərar Dünya Badminton və İspaniya Badminton federasiyaları arasında razılaşma əsasında verilib.

Çempionat İspaniyanın Uelva şəhərində keçiriləcək.