Amerikalı qarışıq döyüş ustası Donald Serrone mayın 9, 13 və 16-da keçiriləcək UFC-nin növbəti üç turnirində iştirak etmək istədiyini bildirib. Mayın 9-da yarım çəki kateqoriyasında çıxış edən Serrone, Entoni Pettis ilə qarşılaşacaq. “Mən Entoni Pettisi məğlub etmək üçün gedirəm. Sonra isə: “Dana Uayt çərşənbə günü keçiriləcək döyüş üçün nəzərində kimsə var?”,- deyə soruşacağam. Mən burada qalıb, bir həftə ərzində üç qarşılaşma keçirən ilk döyüşçü olmaq istəyirəm”, - deyə vurğulayıb.
Qeyd edək ki, UFC 249 turnirinin əsas qarşıdurması mayın 9-da yüngül çəki dərəcəsi üzrə müvəqqəti çempion titulu uğrunda Toni Ferquson və Castin Getji arasında keçiriləcək.
İlkin qərara görə, T.Ferqüson ilə kəmər sahibi Həbib Nurməhəmmədov mübarizə aparmalı idi. Lakin idmançının karantin səbəbi ilə Rusiyanı tərk etmə icazəsinin olmadığına görə, o, C.Getji ilə əvəzlənib.