Hazırda UFC 249 turnirinin əsas döyüşü Toni Fergüson və Castin Qetji arasında keçiriləcək qarşılaşma hesab olunur. Mayın 9-da təşkil olunacaq müvəqqəti dünya çempionu adı uğrunda mübarizəyə hər iki tərəf ciddi hazırlaşır. Lakin buna baxmayaraq, idmançılar bəzən istirahətə də vaxt ayırırlar. Belə ki, T.Fergüson şəxsi Twitter hesabında yorucu məşqlərdən sonra buz kimi soyuq vanna qəbul edərək, dincəldiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Böyük döyüşə 3 gün qalır