Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plüşenko Aleksandra Trusovanın onun məktəbinə keçməsini təsdiqləyib. “Artıq federasiyaya təqdim etmək üçün sənədlər hazırlanır. Karantin rejiminin davam etməsinə baxmayaraq, düşünürəm ki, başlanılan işi sona çatdıra biləcəyik. A.Trusovanın məşqçisi Serqey Rozanov idmançını mənim məktəbimdə məşq etdirəcək. Bunun üçün xüsusi qrup yaradılacaq. Məktəbim böyükdür, 150-dən çox tələbə var. Olimpiya Oyunlarına iki il qalıb, buna görə tələsmək lazımdır”, - deyə Y.Plüşenko qeyd edib.
"Olimpiya Oyunlarına iki il qalıb, tələsmək lazımdır”