Qarışıq döyüş növləri (MMA) üzrə amerikalı idmançı Castin Getji texniki nokautla həmyerlisi Toni Ferqyusona müvəqqəti UFC çempionu adı uğrunda yarışda qalib gəlib. UFC 249 turniri ABŞ-ın Ceksonvil şəhərində keçirilib.
Yüngül çəki dərəcəsində (70.3 kg qədər) döyüş 5-ci raundda texniki nokautla yekunlaşıb. Bununla da Ferqyuson son səkkiz ildə ilk dəfə məğlub olub. Toni Ferqyuson ümumilikdə 29 döyüş keçirib, 25-də qalib gəlib, 4-də isə məğlub olub. Castin Getji 24 döyüş keçirib, 22 döyüşdə qalib gəlib və iki dəfə məğlub olub.
Turnirin növbəti döyüşü Castin Getji və Həbib Nurməhəmmədov arasında keçirilməlidir.
Son səkkiz ildə ilk məğlubiyyət