UFC koronavirusa görə məsuliyyət daşımır

UFC koronavirusa görə məsuliyyət daşımır

UFC 249-un bütün iştirakçıları təşkilatçılar ilə müqavilə imzalayıblar. Belə ki, döyüşçülərdən biri koronavirus xəstəliyinə yoluxarsa, onun UFC-ni məhkəməyə vermə haqqı olmayacaq. Müqaviləyə əsasən, UFC koronavirus testi müsbət çıxan döyüşçüyə və ya digər iştirakçılara qarşı heçbir məsuliyyət daşımır. Onlara UFC-ni məhkəməyə vermək icazə verilmir.
Qeyd edək ki, bir müddət əvvəl orta çəki dərəcəsində mübarizə aparan braziliyalı Jakar Soyuz koronavirusa yoluxub. O, Ceksonvil arenasına gəlib, çəki dərəcəsini yoxlayıb hətta ənənəvi baxışlarla olan döyüşü belə keçib. Lakin idmançının koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün onu dərhəl sosiyal izolyasiyaya yönləndiriblər və döyüş təxirə salınıb.