UFC-nin amerikalı yüngül çəki dərəcəsində çıxış edən döyüşçüsü Toni Ferqüson yerləşdirildiyi xəstəxandan video paylaşıb. Videoda o, otağda sistem altında olarkən rəqs etdiyi əks olunub. “Bərpa. Xəstəxandan çıxmağa hazırlaşarkən”,- deyə döyüşçü videoya şərh yazıb.
Qeyd edək ki, 36 yaşlı döyüşçü UFC 249 turnirində Castin Getjiyə məğlubiyyətindən sonra xəstəxanaya yerləşdirilib. Hakim Herb Din mübarizəni beşinci raundda dayandırıb. Buna səbəb, hakimin fikrincə, T.Ferqüsonun həddindən artıq çox zərbə alması olub. Bildirək ki, bu döyüşçünün 8 ildən sonra ilk məğlubiyyətidir.