Məşhur basketbolçu Kobi Brayantla birgə helikopter qəzasında dünyasını dəyişmiş pilotun nümayəndəsi Ara Corc Zobayan gözlənilməz açıqlama verib. Belə ki, o, bildirib ki, helikopterin qəzaya düşməsinin səbəbi sərnişinlər olub. O, basketboçunun həyat yoldaşı Vanessa Brayantın ona və "İsland Express" helikopter şirkətinə qarşı iddiasına reaksiya verib.
“Hər hansı bir zədə və ya zərər birbaşa və ya dolayısı ilə iddiaçıların və ya onların ölənlərinin laqeydliyi və ya səhvi ilə nəticələnib. Eləcə də, bilərəkdən və könüllü şəkildə risklərə getmək və səhlənkarlıq nəticəni qaçılmaz edib. Buna görə də, yaranmış hadisədə sərnişinlər özləri cavabdehlik daşıyırlar”,- deyə Ara Corc Zobayan vurğulayıb.
Xatırladaq ki, Kobi Brayant yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində şəxsi helikopteri ilə səyahət edərkən həlak olub. Onunla birlikdə helikopterdə 13 yaşlı qızı Cianna və pilot da daxil olmaqla 7 nəfər olub. Ümumilikdə qəza nəticəsində 9 nəfər dünyasını dəyişib.