UFC-nin amerikalı reklamçısı UFC 249 turnirinin yayımına abunə satışı üzrə böyük məbləğ qazanıb. Beləliklə, turnir 700 min ödənişli abunə toplayıb. Bu barədə prodüser Cec Qudman şəxsi Twitter hesabında bildirib. Lakin bu nəticə 2018-ci ildə rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilən mübarizə üçün satılan abunə sayını qabaqlamır. Həmin vaxt təşkilatçılar abunələrdən 155 milyon dollardan artıq vəsait toplamışdılar. Bu UFC tarixində ən çox satılan döyüş hesab olunur.
UFC ödənişli yayımdan yüksək qazanc götürür